Fransanın PSJ klubu futbolçusu Neymarla müqavilənin müddətini uzatmaq üçün danışıqlara start verib.
Sportnet.az ESPN-ə istinadən xəbər verir ki, 28 yaşlı braziliyalı hücumçunun yeni sözləşməsi əvvəlki şərtlərlə imzalana bilər.
Paris klubunda vergilər çıxarılmadan 32 milyon avro qazanan forvard müqaviləni daha 5 il uzatmağa hazırdır. Tərəflər sözləşmənin razılaşdırılacağına ümid edirlər.
Qeyd edək ki, Neymarın PSJ ilə hazırkı müqaviləsi 2022-ci ildə başa çatır.