"Əslində, oyun haqda təəssüratlarım birmənalı deyil. Çünki böyük hesabla qalib gəlsək də, səhvlərimiz çox oldu. Xüsusilə mən kobud səhvlər etdim. Bununla belə, dubla imza atdım. Dayanmaq istəmirdim, üçüncü qolu da vurmağa çalışırdım”.
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Anton Krivotsyuk səfərdə "Qəbələ"ni 4:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.
22 yaşlı müdafiəçi yeni baş məşqçi Samir Abasovu çoxdan tanıdığını söyləyib: "Əvvəllər onunla işləmişəm. Ümid edirəm, öz futbol fəlsəfəsini bizim oyuna gətirəcək. Onunla işləmək çox yaxşı və rahatdır. Hələ ən yaxşı oyunumuzu göstərmirik. Zaman keçdikcə buna nail olacağıq”.