Azərbaycan Premyer Liqasının XII tur matçlarında bütün komandalar meydana vahid pankartla çıxıblar.
Sportnet.az-ın məlumatına görə, bu addım hesabat turunun Peşəkar Futbol Liqası tərəfindən YAŞAT turu elan edilməsi ilə əlaqədar atılıb. Pankartların üzərində "Qələbəni bizə yaşayanları YAŞAT" yazılıb.
Oyunlardan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, XII turun oyunlarında "Qəbələ" "Qarabağ"la 1:1, "Zirə" "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib, "Keşlə" "Səbail"ə, "Sabah" "Neftçi"yə eyni hesabla uduzub - 0:2.