
Türkiyə idman mediası Super Liqanın 16-cı turunda Atatürk Olimpiya Stadionunda oynanılacaq "Beşiktaş" - "Qalatasaray" derbisindən əvvəl əzəli rəqabətin statistikasını tərtib edib. Sportnet.az-ın məlumatına görə, ev sahibi "Beşiktaş"ın "ev"də, qonaq komanda "Qalatasaray"ın isə qonaq qismində nəticəsinə baxdıqda bərabərlik gözə dəyir.
"Qartal" öz "ev"indəki 7 matçda 4 qalibiyyət, 2 bərabərlik və 1 məğlubiyyət əldə edərkən, "aslanlar" səfərdəki 8 qarşılaşmada 5 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət yaşayıb. "Beşiktaş"ın meydanında qol vura bilmədiyi 1, qol buraxmadığı 2 matç var, "Qalatasaray"ın isə özgə meydanında qol ata bilmədiyi 2, qol yemədiyi 3 matç olub.
Öz meydançasında "Beşiktaş"
Matç: 7
Qalibiyyət: 4
Bərabərlik: 2
Məğlubiyyət: 1
Vurduğu qol: 13
Buraxdığı qol: 7
Qol vura bilmədiyi matç: 1
Qol buraxmadığı matç: 2
Qonaq meydançada "Qalatasaray"
Matç: 8
Qalibiyyət: 5
Bərabərlik: 1
Məğlubiyyət: 2
Vurduğu qol: 13
Buraxdığı qol: 9
Qol vura bilmədiyi matç: 2
Qol buraxmadığı matç: 3
Qollar ikinci yarıda
"Beşiktaş"ın da "Qalatasaray"ın da ortaq bir xüsusiyyəti var. İki klub də qolları ümumiyyətlə ikinci hissədə vurub. "Beşiktaş" bu mövsüm liqadakı 25 qolunun 8-ni ilk yarıda, 17-ni ikinci yarıda vurub. "Qalatasaray"da isə 24 qolun 9-u ilk, 15-i ikinci hissədə vurulub. "Qartallar" ilk hissələrdə yalnız 3 qol buraxıb, ikinci hissələrdə isə qapısında 10 qol görüb. "Aslan"ın ilk yarıda buraxdığı qol sayı 7, ikinci hissədə 11 olub.
İki komandanın önə çıxanları:
Ən uzun müddət oynayanlar
Şeref Görkey (1930-1950) 20 il
Turgay Şeren (1949-1967) 19 il
Ən çox oynayanlar
Rza Çalımbay 745 matç
Turgay Şeren 631 matç
Ən çox qol vuranlar
Hakkı Yeten 439 matçda, 382 qol
Metin Oktay 491 matçda, 545 qol
Qeyd edək ki, yanvarın 4-də keçiriləcək "Beşiktaş" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.