
Yunanıstanın 2-ci liqa klublarından AEK Uqo Almeydanı qış fasiləsində heyətinə qatmaq istəyir. Sportnet.az-ın məlumatına görə, hazırda İtalyanın "Çezena" klubunda çıxış edən Almeyda heyətə çox da düşə bilmir.
Bu səbəbdən, təcrübəli hücumçunun "Çezena"dan ayrılacağı gözlənilir. Heyətini gücləndirmək istəyən AEK-in bu vəziyyətdən faydalanmaq istədiyi və qış fasiləsində portuqaliyalı forvardla danışıqlara başlayacağı bildirilir. Almeydanın "Çezena" ilə müqaviləsi mövsümün sonunda bitəcək. O, mövsümün ilk yarısında 9 oyunda çıxış etsə də, qol sevinci yaşaya bilməyib.
Qeyd edək ki, Uqo Almeyda "Çezena"ya ötən mövsüm Türkiyə "Beşiktaş"ından keçib.