Cənubi Amerika futbolunda ilin ən yaxşıları müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Argentinanın "River Pleyt" klubunun hücumçusu Teofilo Qutyerres qitənin ən yaxşı futbolçusu adına layiq görülüb.
29 yaşlı forvardın ötən il Braziliyada təşkil olunmuş dünya çempionatında Kolumbiya millisinin 1/4 finala yüksəlməsində əvəzsis xidmətləri olub. Bundan başqa Qutyerres "River Pleyt"in heyətində Cənubi Amerika Kubokuna sahib çıxıb.
İlin ən yaxşı məşqçisi adına isə Kolumbiya yığmasına rəhbərlik edən Xose Pekerman layiq görülüb.
Qeyd edək ki, Cənubi Amerika Kuboku nüfuzuna görə qitədə Libertodores Kubokundan sonra səviyyəcə 2-ci turnirdir.