Futbol üzrə Azərbaycan milli komandasının baş məqçisi Canni De Byazi Polşa yığmasından təklif aldığına dair xəbərlərə reaksiya verib.
Sportnet.az-ın məlumatına görə, bu barədə polşalı jurnalist Matyuş Şveçiçki tvitter hesabında yazıb.
O, 65 yaşlı mütəxəssislə əlaqə saxladığını bildirib: "De Byazi bildirdi ki, Polşa yığmasına rəhbərlik etməsinə dair danışıqları 2018-ci il dünya çempionatından sonra aparıb. Amma hazırkı iş yeri Azərbaycandadır və Polşa Futbol İttifaqından heç kim onunla əlaqə yaratmayıb".
O da bildirilir ki, italiyalı baş məşqçinin 2016-cı il Avropa çempionatından sonra da Polşa yığmasına rəhbərlik etməsi planlaşdırılıb. Lakin nə AVRO-2016, nə də DÇ-2018-dən sonra De Byazinin təyinatı gerçəkləşməyib. Polşa seçməsi yanvarın 18-də Yeji Brjeçeki istefaya göndərib.
Xatırladaq ki, Canni De Byazinin Azərbaycan millisi ilə müqaviləsi 2022-nin yayında başa çatacaq.