
Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Qarabağ" "Bank Respublika Arena"da "Sabah"la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İlk qol 8-ci dəqiqədə vurulub. Ağdam klubundan Rahil Məmmədov fərqlənib. Birinci hissə bu hesabla başa çatıb. İkinci yarıda meydan sahibləri tarazlığı bərpa edib. 60-cı dəqiqədə Kevin Kubemba adını tabloya yazdırıb. Oyunda son nöqtəni "Qarabağ"ın heyətində Mahir Emreli qoyub. 72-ci dəqiqədə komandasını önə keçirən hücumçu vurduğu qolu "İmarət" fan-klubunun Vətən müharibəsində şəhid olmuş üzvü Məhəmmədəli İbrahimliyə həsr edib. O, qoldan sonra üzərində şəhidin şəkli olan ağ formanı nümayiş etdirib.
Bu qələbədən sonra xallarını 26-ya çatdıran "Qarabağ" 2-ci pillədəki mövqeyini qoruyub. "Sabah" isə 13 xalla sonuncu sırada qalıb.
Bu gün baş tutan digər oyunlarda "Neftçi" səfərdə "Səbail"i 3:1, "Zirə" isə evdə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura sabah keçiriləcək "Keşlə" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.
--------------------------------------
Azərbaycan Premyer Liqasında XIV turun daha bir görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Zirə" "Qəbələ"ni qəbul edib. Zirə İdman Kompleksinin stadionunda təşkil olunmuş görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0.
Hesabı 45-ci dəqiqədə "Zirə"nin "Qarabağ"dan icarəyə götürdüyü hücumçu Musa Qurbanlı açıb. 90+3-cü dəqiqədə isə Davit Volkov yekun nəticəni müəyyənləşdirib.
Bu qələbədən sonra xalını 23-ə çatdıran "Zirə" 3-cü pillədə qalıb. "Qəbələ" isə 15 xalla 5-cidir.
----------------------------
Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.
Sportnet.az-ın məlumatına görə, XIV turun açılış oyununda çempionatın lideri "Neftçi" səfərdə "Səbail"lə üz-üzə gəlib. "ASCO Arena"da keçirilən qarşılaşma flaqmanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk qolu 28-ci dəqiqədə "Səbail" vurub. Baş hakim Kamal Umudlu "Neftçi"nin qapısına penalti təyin edib. Qapıçı Aqil Məmmədov Əfran İsmayılovun penaltisini dəf etsə də, referi qolkiperin irəli çıxdığını əsas gətirərək, penaltinin yenidən yerinə yetirilməsini tələb edib. İsmayılov ikinci cəhddə dəqiq oynayaraq hesabı açıb.
45-ci dəqiqədə Sabir Buqrin baxımlı qolla hesabı bərabərləşdirib. 51-ci dəqiqədə isə Emin Mahmudov cərimə zərbəsini dəqiq yerinə yetirib. 90-cı dəqiqədə Sabir Buqrin özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
90+2-ci dəqiqədə isə "Neftçi"nin müdafiəçisi Ömər Buludov zədələnib. 23 yaşlı cinah müdafiəçisinin yerinə meydana Elnur Əlibəyli daxil olub.
Bu nəticədən sonra liderliyini davam etdirən "Neftçi" xallarının sayını 27-yə çatdırıb. "Səbail" isə 13 xalla 6-cı sıradadır.
Qeyd edək ki, günün digər matçında "Sabah" "Qarabağ"la qarşılaşacaq. Tura yanvarın 22-də keçiriləcək "Keşlə" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.
-----------------------------
Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatacaq.
Sportnet.az-ın məlumatına görə, 27 günlük fasiləyə XIV turun ilk günündə oynanılacaq 3 qarşılaşma ilə son qoyulacaq.
Günün ilk matçları Bayıl və Zirədə baş tutacaq. 24 xalla çempionatın lideri olan "Neftçi" "ASCO Arena"da 13 xalla 6-cı pillədə qərarlaşmış "Səbail"lə üz-üzə gələcək. Premyer Liqada indiyədək 12 dəfə rəqib olmuş komandaların duelində flaqman 7, "dənizçilər" 2 qələbə qazanıblar. Üç görüş heç-heçə yekunlaşıb. Topların fərqi də "ağ-qaralar"ın xeyrinədir - 23-9. "Neftçi" son 5 matçda uduzmayıb. "Səbail" son 4 ev oyununda qələbə qazanmayıb.
Eyni saatda - 16:00-da start götürəcək digər oyunda "Zirə" "Qəbələ"ni qəbul edəcək. Hazırda "qartallar" 20 xalla 3-cü, "qırmızı-qaralar" isə 15 xalla 5-ci sırada yer alıb. Komandalar bunadək ölkə çempionatında 20 dəfə üz-üzə gəliblər. Bu matçların 7-də qonaqlar, 4-də isə meydan sahibləri 3 xala seviniblər. 9 qarşılaşmada qalib müəyyənləşməyib. Əyalət təmsilçisinin 25 qoluna qəsəbə klubu 17 topla cavab verib. “Zirə” son 7 oyunda qələbə qazanmayıb. “Qəbələ” ardıcıl 6 qarşılaşmada meydanı qolsuz tərk etməyib.
Günün son oyunu isə Masazırda gerçəkləşəcək. Rəqiblərindən 1 oyun az keçirən və 23 xalla 2-ci pillədə qərarlaşan "Qarabağ" 13 xalla sonuncu olan "Sabah"ın qonağı olacaq. Bu, komandaların çempionatda 9-cu qarşılaşması olacaq. Bugünədək baş tutan 8 oyunun heç birində Masazır təmsilçisi qələbə qazana bilməyib. Ağdam klubu isə 5 dəfə rəqibini məğlub edib. 3 oyun isə bərabərliklə başa çatıb. Bu matçlarda meydan sahibləri 2, qonaqlar isə 12 dəfə fərqləniblər. "Sabah" son 5 matçda qol vurmayıb.
Azərbaycan Premyer Liqası
XIV tur
21 yanvar (cümə axşamı)
16:00. “Zirə” – “Qəbələ” - 2:0
Qollar: Musa Qurbanlı, 45. Davit Volkov, 90
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Nahid Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu
16:00. “Səbail” – “Neftçi” - 1:3
Qollar: Əfran İsmayılov, 28 (pen.) - Sabir Buqrin, 45; 90. Emin Mahmudov, 51
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”
18:00. “Sabah” – “Qarabağ” - 1:2
Qollar: Kevin Kubemba, 60 - Rahil Məmmədov, 8, Mahir Emreli, 73
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”
22 yanvar (cümə)
16:00. “Keşlə” – “Sumqayıt”
“ASK Arena"
Qeyd edək ki, XIV tura dekabrın 22-də keçiriləcək "Sumqayıt" - "Keşlə" matçı ilə yekun vurulacaq.