“Səbail” klubu növbəti futbolçu transferini rəsmiləşdirib. Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisi Şimali Makedoniyadan olan yarımmüdafiəçi Milovan Petroviçi heyətinə qatıb.
Tərəflər 6 aylıq müqaviləyə imza atıblar. 31 yaşlı legioner yeni komandasında 23 nömrəli formanı geyinəcək. O, “Səbail”in mətbuat xidmətinə açıqlama da verib: “Burada olmağıma şadam. "Səbail" əla təşkilatçılığı ilə seçilən klubdur. Komandanın uğurları üçün bütün bacarığımı ortaya qoyacağam”.
Son olaraq ölkəsində “Vardar”da çıxış edən Petroviç, Şimali Makedoniya yığmasında da 9 oyun keçirib.