İspaniyanın "Real Madrid" komandası İtaliyada "Atalanta"ya qarşı UEFA Çempionlar Liqasında 1/8 finalın ilk matçına itkilərlə çıxacaq.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, son olaraq "kral klubu"nun heyətində Daniel Karvahal zədələnib.
29 yaşlı cinah müdafiəçisi La Liqanın XXIII turunda "Valensiya"nı 2:0 hesabı ilə məğlub etdikləri görüşdə sıradan çıxıb. Bundan əlavə, baş məşqçi Zinəddin Zidan "Atalanta" ilə ilk oyunda əməliyyat olunan kapitan Serxio Ramosun xidmətindən yararlana bilməyəcək. Madrid təmsilçisində həmçinin, Marselo, Rodriqo, Federiko Valverde, Eder Militau, Alvaro Odriosola və Eden Azar zədəlidir.
Qeyd edək ki, "Atalanta" - "Real Madrid" oyunu fevralın 23-də Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.