Azərbaycanda VAR (video-köməkçi hakim) sisteminin tətbiq olunması ilə bağlı bu gün FIFA ilə videokonfrans formatında ilk görüş keçirilib.
Sprtnet.az-ın məlumatına görə, proses bu ilin martından mərhələli şəkildə təmin olunacaq.
Birinci mərhələdə ali futbol qurumu VAR-la bağlı ilkin rəy verəcək və bu, 1,5-3 ay davam edəcək. İkinci etapda müvafiq bəyannamə qəbul olunacaq. Hazırlıq və məşq mərhələsindən sonra layihə təsdiqlənəcək.
Sonuncu - 5-ci isə monitorinq və nəzarət mərhələsidir ki, bu da davamlı şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, pandemiya ilə əlaqədar göstərilmiş müddətlərdə müəyyən gecikmələr ola bilər.