
I Divizionda IV turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, turnir cədvəlinin lideri "Turan Tovuz" "Qaradağ Lökbatan"ı qəbul edib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
“Turan Tovuz” - “Qaradağ Lökbatan” - 1:1
Qollar: Nurlan Şabanov, 75 - Elnur Səmədov, 1
Hakimlər: Rövşən Rəcəbov, Emin Süleymanov, Elman Kərimov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tovuz şəhər stadionu
23 fevral (çərşənbə axşamı)
“Zaqatala” – “Qarabağ-2” - 1:0
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Tərlan Talıbzadə, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu
Qeyd edək ki, I Divizionunun bu gün keçirilməli olan “Sabah -2” – “Keşlə-2”, “Neftçi-2” – “Sumqayıt-2” və MOİK – “Kəpəz” oyunları hava şəraitinə görə təxirə salınıb.