
UEFA Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, bununla da qitənin ikinci dərəcəli klub turnirində 1/8 finala yüksələn bütün komandaların adlarına aydınlıq gəlib.
Beləliklə, son olaraq İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Milan" və "Roma", İsveçrənin "Yanq Boyz", Xorvatiyanın "Dinamo" (Zaqreb), Yunanıstanın "Olimpiakos", Çexiyanın "Slaviya" və Ukraynanın "Dinamo" (Kiyev) klubları növbəti mərhələdə iştirak hüququ əldə ediblər.
Qeyd edək ki, Avropa Liqasında 1/8 finalın püşkü bu gün atılacaq.
-------------------------
UEFA Avropa Liqasının 1/16 final mərhələsində növbəti cavab oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, 1/8 finala daha 7 vəsiqənin sahibi müəyyənləşib.
Niderlandın "Ayaks", İspaniyanın "Vilyarreal" və "Qranada", Ukraynanın "Şaxtyor" (Donetsk), Nirveçin "Molde", Şotlandiyanın "Reyncers" və İngiltərənin "Arsenal" komandaları növbəti mərhələyə adlayıblar.
-----------------------------
Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, bununla da 1/8 finala son 15 vəsiqənin sahibi müəyyənləşəcək. Oyunlardan yeddisi Bakı vaxtı ilə saat 21:55-də, səkkizi isə 24:00-da start götürəcək.
"Qarabağ"ın yer aldığı A qrupunun lideri kimi pley-offa yüksəlmiş İspaniya "Vilyarreal"ı Avstriyada 2:0 hesabı ilə məğlub etdiyi "Zaltsburq"la bu dəfə doğma meydanda üz-üzə gələcək. İsrailin "Makkabi" (Təl-Əviv) komandası isə Ukraynada "Şaxtyor"la münasibətlərinə aydınlıq gətirəcək. Təl-Əviv təmsilçisi ilk görüşdə Donetsk klubuna uduzub - 0:2.
İlk qarşılaşmada heç-heçəyə razılaşan İngiltərənin "Arsenal" və Portuqaliyanın "Benfika" klubları pandemiya səbəbindən cavab matçını Yunanıstanda keçirəcək. Həmçinin İtaliya "Milan"ı evdə Serbiyanın "Srvena Zvezda", İngiltərə "Mançeter Yunayted"i isə İspaniyanın "Real Sosyedad" komandasını sınağa çəkəcək.
Avropa Liqası
1/16 final mərhələsi, cavab oyunları
21:55. “Ayaks” (Niderland) - “Lill” (Fransa) - 2:1
Qollar: Devi Klassen, 15, David Neres, 88 - Yusuf Yazıcı, 78 (penalti)
İlk oyun - 2:1
21:55. “Şaxtyor (Donetsk, Ukrayna) - "Makkabi” (Təl-Əviv, İsrail) - 1:0
Qol: Junior Moraes, 67 (penalti)
İlk oyun - 2:0
21:55. “Napoli” (İtaliya) - “Qranada” (İspaniya) - 2:1
Qollar: Pyotr Zelinski, 3, Fabian Ruis, 59 - Anxel Montoro, 25
İlk oyun - 0:2
21:55. "Hoffenhaym" (Almaniya) - “Molde” (Norveç) - 0:2
Qol: Eyrik Ulland Andersen, 20, 90+5
İlk oyun - 3:3
21:55. “Vilyarreal” (İspaniya) - "Zaltsburq” (Avstriya) - 2:1
Qollar: Jerar Moreno Balagero, 40, 89 (penalti) - Mergim Berişa, 17
İlk oyun - 2:0
21:55. “Reyncers” (Şotlandiya) - "Antverpen” (Beçlika) - 5:2
Qollar: Alfredo Morelos, 9, Natan Patterson, 46, Rayan Kent, 55, Borna Barişiç, 79 (penalti). Sedrik İtten, 90+2 (penalti) - Lior Refaelov, 32, Didye Lamkel Ze, 57
İlk oyun - 4:3
21:55. “Arsenal” (İngiltərə) - “Benfika” (Portuqaliya) - 3:2
Qollar: Pyer-Emerik Obameyanq, 21, 87, Kiran Tirni, 67, - Dioqu Qonsalveş, 43, Rafa Silva, 61
İlk oyun - 1:1
24:00. “Brügge” (Belçika) - "Dinamo” (Kiyev, Ukrayna) - 0:1
Qol: Vitali Buyalski, 83
İlk oyun - 1:1
24:00. PSV (Niderland) - “Olimpiakos (Yunanıstan) - 2:0
Qol: Eran Zahavi, 23, 44
İlk oyun - 2:4
24:00. “Bayer” (Almaniya) - “Yanq Boyz” (İsveçrə) - 0:2
Qol: Jordan Sibaço, 48, Kristian Fasnaxt, 86
İlk oyun - 3:4
24:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Krasnodar” (Rusiya) - 1:0
Qol: Mislav Orşiç, 31
İlk oyun - 3:2
24:00. “Roma” (İtaliya) - “Braqa” (Portuqaliya) - 2:1
Qollar: Edin Ceko, 24, Karles Peres, 75 - Brian Kristante, 88 (avtoqol)
İlk oyun - 2:0
24:00. “Lester” (İngiltərə) - “Slaviya” (Çexiya) - 0:2
Qollar: Lukaş Provod, 49, Abdulla Sima, 79
İlk oyun - 0:0
24:00. “Milan” (İtaliya) - “Srvena Zvezda” (Serbiya) - 1:1
Qollar: Frank Kessi, 9 (penalti) - El-Fardu ben Nabuan, 24
İlk oyun - 2:2
24:00. “Mançester Yunayted” (İngiltərə) - “Real Sosyedad” (İspaniya) - 0:0
İlk oyun - 4:0
Qeyd edək ki, 1/8 finalın ilk iştirakçısı artıq bəllidir. Ötən gün İngiltərədə Avstriyanın "Volfsberq" komandasını 4:0 hesabı ilə məğlub edən "Tottenhem" iki görüşün nəticəsinə (8:1) əsasən, adını növbəti raunda yazdırıb.