İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges şəxsi "OM by G" paltar dəbini dövriyyəyə buraxıb.
Sportnet.az-ın məlumatına görə, Rodriges ötən ay verdiyi brend anonsunu təsdiqləyib. Bu hadisə münasibətilə cütlük Turindəki evinin damında gecə təşkil edib. Gecədə onların 4 uşağı - Kiçik Kriştianu, Mateo, Yeva və Alana Martina da iştirak edib.
Qeyd edək ki, Corcina Rodriges Kriştianu Ronaldu ilə "Gucci" mağazasında satıcı işlədiyi vaxt tanış olub.