
Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Mərakeş Krallığının ölkəmizdəki səfiri Mohamed Adil Embarşı qəbul edib.
Sportnet.az-ın məlumatına görə, görüş milli assosiasiyanın inzibati binasında baş tutub.
Hər iki tərəf futbol sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanlarını müzakirə edib.