Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev "Sabah" klubunun əvəzedici komandasında meydana çıxıb.
Sportnet.az xəbər verir ki, 25 yaşlı hücumçu I Diviziounun XVI turunda "Qaradağ Lökbatan"la matçda iştirak edib.
Görüşə start heyətdə başlayan Şeydayev 63 dəqiqədə hakimlə dialoqdan sonra birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, qarşılaşma "Sabah-2"nin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Günün digər görüşündə "Neftçi-2" "Turan Tovuz"la heç-heçə edib - 2:2.