"Neftçi" Azərbaycan Premyer Liqasının XIX turunun "Keşlə" ilə ev oyununa ciddi itkilərlə çıxacaq.
Sportnet.az xəbər verir ki, məlumatına görə, komandanın yeni transferi Əhməd Əhmədov və albaniyalı yarımmüdafiəçi Bruno Teluşi paytaxt derbisini buraxacaq.
Zədədən yeni sağalan futbolçular hələlik fərdi məşqlərlə kifayətlənirlər.
Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək görüş saat 18:15-də başlayacaq.