Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk 4 cavab matçından sonra həftənin oyunçusu adına namizədlər bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu ada Almaniyanın "Borussiya" (Dortmund) klubudan Erlinq Holann, Portuqaliya "Portu"sundan Serjiu Oliveyra, İngiltərə "Liverpul"undan Fabinyo və Fransa PSJ-nin qapıçısı Keylor Navas iddia edir.
Holann İspaniya "Sevilya"sı ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə, Oliveyra isə İtaliyada "Yuventus"a əlavə vaxtda 2:3 məğlub olduqları qarşılaşmada dubl edib.
Fabinyonun Almaniya "Leyptsiq"inə 2:0 hesabı ilə qalib gəldikləri görüşdə ötürmələrinin 79 faizi dəqiq olub. Navas isə İspaniya "Barselona"sı ilə 1:1 hesablı bərabərə qardıqları matçda 9 qurtarışla yadda qalıb.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq. Cavab oyunlarından sonra "Portu", "Borussiya", "Liverpul" və PSJ 1/4 finala yüksəlib.