"Səbail" klubunun qapıçısı Nikolas Hagen yenidən Qvatemala millisinə çağırılıb.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı qolkiper baş məşqçi Amarini Vilyatoronun dəvət göndərdiyi 25 futbolçu arasında yer alıb. Onlar 2022-ci il dünya çempionatının CONCACAF zonası üzrə Kuba və Britaniya adaları yığmalarına qarşı seçmə oyunlarda iştirak imkanı qazanıb. Dəvətlilərdən ümumilikdə 7-si legionerdir.
Qeyd edək ki, Nikaraqua millisi Kuba ilə martın 25-də evdə, Britaniya adaları ilə isə martın 28-də səfərdə qarşılaşacaq.