1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Onlar yaxşı nəticə üçün hər cür şərait yaratdılar"
1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə Belarusla 5-ci yer uğrunda matçı dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, almaniyalı mütəxəssis oyunun sonunun komandası üçün uğurlu alındığını bildirib.
O, deyib: "Gərgin oyun keçdi. Rəqib də yaxşı mübarizə apardı. Azərbaycan yığmasının bu turnirdəki ən yaxşı nəticəsinə imza atdıq. Buna görə futbolçularıma, məşqçilər korpusuna, AFFA rəhbərliyinə minnətdaram. Onlar yaxşı nəticə qazanmağımız üçün hər cür şərait yaratdılar. Bizi burada dəstəkləyən azarkeşləri də unutmaq olmaz, onlara da xüsusi təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Azərbaycan yığması əsas vaxtı 1:1 hesabı ilə nəticələnən Belarusla 5-ci yer uğrunda matçın penaltilər seriyasında bütün zərbələri dəqiq yerinə yetirərək, ümumi hesabda qalib gəlib - 6:5.