"Neftçi"nin yeni transferi Keysuke Honda baş meneceri olduğu Kamboca millisindəki əsas hədəfini açıqlayb.
Sportnet.az-ın məlumatna görə, yaponiyalı ulduz fubolçu yerli mətbuata müsahibəsində 2023-cü ildə Kambocada keçiriləcək Cənub Şərqi Asiya Oyunlarının ("SEA Games") qalibi olmaq istədiklərini bildirib.
Bu yaxınlarda Kamboca Futbol Federasiyası ilə 3 illik yeni müqavilə imzalayan 35 yaşlı yarımmüdafiəçi əməkdaşlığı davam etdirməkdən mümnunluğunu vurğulayıb: "Komandada güclü və potensialı olan gənclər çoxdur. Əsas məqsədimiz "SEA Games"i qazanmaqdır. Bütün rəqiblərimizi məğlub edib çempion olacağıq".
Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.