UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu ada İngiltərənin "Mançester Siti" klubundan Kevin De Bröyne, İspaniya "Real Madrid"indən Vinisius Junior, Fransa PSJ-sindən Kilian Mbappe və İngiltərənin "Çelsi" komandasından Jorjinyo iddia edir.
De Bröyne evdə Almaniyanın "Borussiya" (Dortmund) klubunu 2:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Jorjinyo Portuqaliyada "Portu"nu 2:0 hesabı ilə yendikləri matçda məhsuldar ötürmə ilə yadda qalıb.
Vinisius Junior İngiltərə "Liverpul"una 3:1 hesabı ilə qalib gəldikləri ev oyununda, Mbappe isə Almaniyada "Bavariya"nı 3:2 hesabı ilə üstələdikləri qarşılaşmada dubl edib.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.