"Qəbələ" və "Neftçi" komandaları arasındakı Azərbaycan Premyer Liqasının XXII tur matçında baş hakim Əliyar Ağayev simulyasiyaya görə iki sarı vərəqə göstərib.
Sportnet.az xəbər verir ki, hər iki cəza tədbiri ilk yarıda görülüb.
Əvvəlcə "Neftçi"nin kapitanı Emin Mahmudov rəqiblə mübarizədə yerə yıxılıb. Sonrakı epizodda isə "Qəbələ"dən Rafael Utriq özünü yerə atıb. Hər iki halda FIFA referisi onların bilərəkdən belə etdikləri qənaətinə gəlib.
Mahmudova vərəqə göstərildiyi vaxt flaqmanı yeni transferi Keysuke Honda qərarla razılaşmayıb. O, əli ilə VAR işarəsi göstərib. Lakin Azərbaycan çempionatında video-köməkçi hakim sistemindən istifadə olunmadığından, onun istəyini yerinə yetirmək mümkün olmayıb.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1.