"Son turlarda yaxşı oyun nümayiş etdirən komandaya qarşı oynadıq. Sürətli hücuma çıxdıqlarını bilirdik. Uzun müddət qələbə qazanmasalar da, təhlükəli komanda olduqlarını görürük".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov evdə "Keşlə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis meydana qələbə üçün çıxdıqlarını bildirib: "Qələbə qazanmaq istəyirdik, bəzi məqamlarda son zərbələr uğursuz oldu. Bir xal qazandıq, irəliyə baxacağıq. "Keşlə" ilə kubokda da iki oyunumuz var. Bizi gərgin oyunlar gözləyir".