
“Sabah” klubu futbolçusu Tiemoko Fofananın transfer hüququna yiyələnib.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Finlandiyanın “İlves” klubu ilə 21 yaşlı hücumçunun keçidinə dair razılığa gəlinib. Afrikalı forvardla 3 illik müqavilə imzalanıb.
Kot d İvuardan olan futbolçu bu ilin yanvarında “İlves”dən icarəyə götürülüb.
Fofana cari mövsüm Azərbaycan Premyer Liqasında 8 oyun keçirib, 1 qola imza atıb.