UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) 2021-ci ildə ilk iclası keçirilib.
Sportnet.az-ın məlumatına görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tədbir videokonfrans formatında təşkil olunub.
İclasda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, müvafiq komitənin sədri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdur.