Türkiyə milli komandasının və "Fənərbağça" klubunun qapıçısı Altay Bayındır əməliyyat olunub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, məşq zamanı biləyi qırılan 23 yaşlı qolkiperin "Acıbadem Altunizade" xəstəxanasında əməliyyatı uğurla keçib. Onun ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Onun yoxluğunda qapını Harun Tekin və ya Oytun Özdoğan qoruyacaq.
Superliqada mövsümü qapadan Bayındırın yığmanın heyətində Avropa çempionatında da çıxış etməsi inandırıcı görünmür. Türkiyə millisinə o, 2020-ci ildən çağırılsa da, indiyədək ehtiyatda qalıb.
Qeyd edək ki, Altay Bayındır bu mövsüm Superliqadakı 32 oyunun 10-da qapısından top buraxmayıb.