Azərbaycan futbol ictimaiyyətinin dünyasını dəyişmiş nümayəndələri UEFA Konqresində anılıb.
Sportnet.az-ın məlumatına görə, tədbirdə koronavirusdan dünyasını dəyişən "Qarabağ"ın sabiq futbolçusu Elbrus Abbasov, "Neftçi"də oynamış Rafiq Əlizadə və "Sumqayıt"ın sabiq vitse-prezidenti Vaqif Ömərov yad olunub.
Qeyd edək ki, toplantıda argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın xatirəsinə bir dəqiqəlik sükut olub.