Türkiyənin Antalya bölgəsində olan Azərbaycan milli komandasının və 21 yaşadək yğmamızın məqşçilər korpusu, həmçinin AFFA-nın Məşqçilər Komitəsinin üzvləri ötən həftəsonu bir neçə oyunu uzləyib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, mütəxəssislər "Qaziantep BB” – "Giresunspor” qarşılaşmasını, "Qarabağ”, "Qəbələ”, "İnter” və "Simurq” klubunun, habelə Azərbaycan U-16 yığmasının keçirdiyi yoxlama oyunlarına baxıb.
Eləcə də onlar "Neftçi”, "Simurq”, "İnter” və "Xəzər Lənkəran” klublarının məşqçiləri və rəhbər şəxsləri ilə görüş keçiriblər.