"Qalatasaray”ın
baş məşqçisi Roberto Mançini növbəti mövsümdə də tutduğu postda qalacağını təsdiq
edib. Sportnet.az-ın "Sky Sports”a istinadən xəbərinə görə, italiyalı mütəxəssis
daha 2 il İstanbul klubunda çalışacağını bildirib.
Vətəni
üçün darıxdığını bildirən Mançini, müqaviləyə uyğun olaraq, hərəkət edəcəyini
bildirib: "Tək ailəm üçün deyil, İtaliya futbolu üçün də darıxıram. Ancaq Türkiyədəki
işimi davam etdirəcəm”.
Qeyd edək ki, "Qalatasaray”da keçirdiyi ilk mövsümdə Mançini ölkə Kubokunu qazanmaqla yanaşı, Superliqada da komandasını gümüş medallara daşıyıb.