21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığma mayın 25-də start götürəcək turnirə Ukrayna Futbol Federasiyasının dəvəti ilə qatılacaq.
Beş gün davam edəcək yarışa baş məşqçi Milan Obradoviçin rəhbərliyi altında 24 futbolçu yollanacaq. Onların arasında I Divizionun bombardiri, "Turan Tovuz"un hücumçusu Vidadi Cəfərov da var.
|
N. |
AD / SOYAD |
KLUB |
|
1 |
Nicat Mehbalıyev |
Sabah |
|
2 |
Rüstəm Samiqullin |
Sabah |
|
3 |
Əlirza Müştəbazadə |
Neftçi |
|
4 |
Rauf Hüseynli |
Qarabağ |
|
5 |
Arsen Ağcabəyov |
Sabah |
|
6 |
Rüfət Əhmədov |
Qəbələ |
|
7 |
Zamiq Əliyev |
Qarabağ |
|
8 |
Cəlal Hüseynov |
Zirə |
|
9 |
Mert Çelik |
Neftçi |
|
10 |
Elçin Mustafayev |
Keşlə |
|
11 |
Nihad Qurbanlı |
Neftçi |
|
12 |
Səbuhi Abdullazadə |
Sumqayıt |
|
13 |
Asim Əlizadə |
Neftçi |
|
14 |
Şakir Seyidov |
Sabah |
|
15 |
Ədilxan Qarəhmədov |
Səbail |
|
16 |
Veysəl Rzayev |
Sabah |
|
17 |
Fərid Yusifli |
Neftçi |
|
18 |
Turan Vəlizadə |
Keşlə |
|
19 |
Rüfət Abdullazadə |
Sumqayıt |
|
20 |
Vüsal Əsgərov |
Neftçi |
|
21 |
İsmayıl Zülfüqarlı |
Neftçi |
|
22 |
Camal Cəfərov |
Sabah |
|
23 |
Vidadi Cəfərov |
Turan Tovuz |
|
24 |
Musa Qurbanlı |
Zirə |
Qeyd edək ki, Azərbaycan millisi mayın 26-da Ukrayna, mayın 27-də Özbəkistanla qarşılaşacaq.








































































