
“Sabah” 36 yaşlı qapıçı Saşa Stamenkoviçlə yeni müqavilə bağlayıb. Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni müqavilənin müddəti 1 ildir.
Stamenkoviç bu komandada 2018-ci ildən çıxış edir. Serbiyalı qolkiper “Sabah”da ən çox oyun keçirən futbolçudur. O, bütün turnirlərdə cəmi 64 oyuna (60 oyun Premyer Liqada, 4 oyun ölkə kubokunda) çıxıb.