Futbol üzrə Avropa çempionatında A qrupunda II turunda Bakı keçirilən Türkiyə - Uels matçında insident baş verib.
Sportnet.az-ın məlumatına görə, Türkiyə yığmasının futbolçusu Burak Yılmaz rəqibə qarşı kobudluq edib və daha sonra münaqişə yaşanıb.
Baş hakim Artur Diaş "ay-ulduzlular"ın heyətində Burak Yılmaza və Hakan Çalhanoğluna, Britaniya təmsilçisində isə Ben Deyvislə Kris Mefama sarı vərəqə göstərib.
Qeyd edək ki, hazırda Uels yığması 1:0 hesabı ilə öndədir.