Şotlandiya yığmasının azarkeşləri Avropa çempionatında İngiltərə ilə II tur matçından əvvəl Londonda kütləvi gəzintiyə çıxıblar.
Sportnet.az-ın məlumatına görə, fanatlar fəvvarənin yanına gələrək, onun ətrafında xorla oxuyublar. Bu an onlar suya pivə süzməyə başlayıblar. Nəticədə suda köpüklər əmələ gəlib.
Azarkeşlər həmin fəvvarədə çimiblər və bir-birilərini suya atıblar.
Qeyd edək ki, bu gün Londondakı "Uembli" stadionunda keçiriləcək İngiltərə - Şotlandiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.