Çexiya millisi Avropa çempionatının 1/4 final mərhələsində Danimarkaya qarşı keçirəcəkləri oyun üçün Bakıya yola düşüb.
Sportnet.az-ın məlumatına görə, yığmanın axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcəyi gözlənilir.
Yaroslav Şilqavının baş məşqçi olduğu komanda "Hilton" otelində qalacaq. Növbəti gün yığmanın Bakı Olimpiya Stadionunda məşqi nəzərdə tutulub.
Qeyd edək ki, iyulun 3-də keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq. Daha əvvəl Danimarka seçməsi Azərbaycanın paytaxtına yollanıb.