"Sabah" komandasından ayrılan Ramil Şeydayevin "Qarabağ"a keçidi rəsmiləşib.
Sportnet.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu ilə 2 illik müqavilə imzalanıb. O, "Qarabağ"da 77 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, 25 yaşlı hücumçu 2017/2018 mövsümündə "Qarabağ"da icarə əsasında çıxış edib.