Polşa "Legiya"sının futbolçusu Mahir Emreli Norveçin "Budyo Qlimt" klubu ilə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında yerli jurnalistlərlə zarafat edib.
Sportnet.az xəbər verir ki, 24 yaşlı hücumçu media nümayəndələrinin ona çox sual verdiyini seöyləyib.
Forvard artıq deməyə söz tapmadığını bildirib: "İngilis dilinə görə üzr istəyirəm. Amma siz də çox sual verirsiniz. Artıq sözüm qalmayıb. Nə deyəcəyimi bilmirəm (gülür)".
Onun bu fikirləri hər kəsin gülüşünə səbəb olub.