21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.
Sportnet.az AFFA-nın saytına istinadən xəbər verir ki, Milan Obradoviçin başçılıq etdiyi kollektiv sentyabrın 2-si saat 21:00-da Velika Qoritsa şəhərindəki stadionda Xorvatiya, sentyabrın 7-də isə Rid İm İnnkreys şəhərindəki “Josko Arena”da Avstriya yığması ilə qarşılaşacaq.
Avstriya ilə oyunun başlama saatı dəqiqləşməyib.