
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi dəqiqləşib.
Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar" Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" klubuna uduzsa, İsrailin "Makkabi" (Hayfa) komandası ilə üz-üzə gələcək.
Hayfa təmsilçisi ÇL-in I təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Qazaxıstanın "Kayrat" klubuna məğlub olub - 1:1, 2:0.
Qeyd edək ki, bu gün "Bakcell Arena"da təşkil olunacaq "Neftçi" - "Dinamo" matçı saat 21:00-da başlanacaq. Gürcütandakı ilk matçda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:1.