
Gürcüstan millisinin qapıçısı Roin Kvasxvadze “Dinamo” (Tbilisi) komandasını tərk edib.
Sportnet.az-ın yerli mətbuata istinadən məlumatına görə, səbəb komandanın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Neftçi”yə uduzmasıdır. Bildirilir ki, məğlubiyyətdən sonra “Dinamo” rəhbərliyi ilə Kvasxvadze arasında söhbət olub və bundan sonra 32 yaşlı oyunçu klubdan ayrılıb.
“Dinamo” futbol klubu yayılan informasiyaları nə təsdiq, nə təkzib edib.
Qeyd edək ki, Roin Kvasxvadze “Dinamo”ya 2018-ci ildə “Torpedo” (Kutaisi) komandasından keçib. "Neftçi" hər iki görüşdə 2:1 hesablı qələbə qazanıb.