
"Qarabağ" Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi Kiprdə AEL-in qonağı olub.
Matç 1:1 hesabı ilə bitib. 69-cu dəqiqədə Stefan Şçepoviç penaltidən fərqlənməklə meydan sahiblərini önə keçirib. 90+3-cü dəqiqədə isə Abdullah Zubir bərabərlik qoluna imza atıb.
“AEK Arena”dakı azarkeşlər qoldan sonra Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlər ediblər. Baş məşqçi Qurban Qurbanov başda olmaqla texniki zonadakılar baş hakimə bununla bağlı etirazını çatıdırıb. Oyunda məcburi fasilə yaranıb. Daha sonra matç qaldığı yerdən davam edib.
Qeyd edək ki, komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda olacaq.
---------------------------------------------------------
"Qarabağ" bu gün UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin ilk görüşündə Kiprdə AEL-in qonağı olacaq. Larnaka şəhərindəki "AEK Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edəcək.
"Köhlən atlar"ın heyətində müdafiəçilər - Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov Limassol təmsilçisinə qarşı oynamayacaq. Əvəzində yeni transferlər - Bəhlul Mustafazadə, Riçard Almeyda və Qaspar Panadero Zamora qarşıdakı oyuna sifariş edilib.
Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv əvvəlki raundda İsrail "Aşdod"unu mübarizədən kənarlaşdırıb - 0:0, 1:0. AEL isə Albaniya "Vlajniya"sına hər iki qarşılaşmada eyni hesabla qalib gəlib - 1:0.
Qeyd edək ki, "Qarabağ" mərhələni keçsə, pley-offda "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
5 avqust
21:00. AEL (Kipr) - "Qarabağ" (Azərbaycan) - 1:1
Qol: Stefan Şçepoviç, 69 (penalti)
Hakimlər: Qlenn Nyuberq, Mahbod Beygi, Andreas Söderkvist, Boyan Panciç
Larnaka. "AEK Arena".