"Qarabağ"la pley-off matçları bizim üçün çox vacibdir. Bu, qrup mərhələsinə düşməyə can atan futbolçularımız üçün böyük şansdır".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Şotlandiyanın "Aberdin" klubunun futbolçusu Endryu Konsidayn "eveningexpress" nəşrinə açıqlamasında "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyunları barədə danışarkən deyib.
34 yaşlı müdafiəçi bildirib ki, avrokuboklarla yanaşı, ölkə çempionatında da uğur qazanmaq istəyirlər: "Bu, bizim başlıca məqsədimizdir. Avrokubokların əsas çətinliyi 3-4 gündən bir oyun keçirməkdir. Amma biz ötən tur səfərdə "Livinqston"u məğlub etməklə bu işin də öhdəsindən gələ biləcəyimizi göstərdik".
Qeyd edək ki, "Qarabağ" və "Aberdin" arasında ilk oyun avqustun 17-də, ikinci qarşılaşma isə avqustun 26-da olacaq.