Şotlandiyanın "Aberdin" klubu Bakıda "Qarabağ"a qarşı keçirdiyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, qonaqların futbolçusu Endryu Konsidayn 12-ci dəqiqədə ciddi zədə alıb.
34 yaşlı müdafiəçi meydanı xərəkdə tərk edib. Onu Conni Heys əvəzləyib.
Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.