"Ötən mövsüm çiyinlərimizdə böyük yük var idi və biz çempionluğu qazandıq. Hazırda da çiyinlərimizdə çox şey var. Cümə axşamı vəzifəmizi tamamlayıb, qrup mərhələsinə yüksəlməliyik".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri İsrailin "Makkabi" (Hayfa) komandasının baş məşqçisi Barak Baxar evdə "Neftçi"yə qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl yerli mətbuata açıqlamasında deyib.
42 yaşlı mütəxəssis cavab qarşılaşmasında komandasına güvəndiyini bildirib: "Azarkeşlərimizin dəstəyi ilə istəyimizə çatacağımıza inanıram. Burada oynamağa layiq olduqlarını sübut edən oyunçularımız var. Mərhələni keçmək istəyirik".
Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Makkabi" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüş 3:3 hesabı ilə bitib.