
"Turan Tovuz" komandasının futbolçuları bu gün MOİK-lə Azərbaycan I Divizionunun ilk tur oyununa şəhid övladları ilə çıxıblar.
Sportnet.az-ın məlumatına görə, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və övladları hazırda keçirilən görüşü izləyirlər.
Qarşılaşma Tovuz şəhər stadionunda oynanılır. Hələlik MOİK hesabda öndədir - 1:0.