
UEFA Konfrans Liqasının qrup mərhələsinin l turundan sonra statistik göstəricilər açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, Bakıda İsveçrə "Bazel"ə ilə qolsuz heç-heçə edən "Qarabağ" topa ən çox sahib olan komandalar sırasında yer alıb.
Ağdam təmsilçisi İsveçrə klubuna qarşı görüşdə 58 faiz topa sahib olma ilə oynayıb. "Köhlən atlar" bu nominasiyada 6-cı sıradadır.
Bundan əlavə, "Qarabağ" ilk turda ən çox küncdən zərbə yerinə yetirən ikinci komandadır. Komanda oyun ərzində 8 dəfə küncdən zərbədən istifadə edib. Birinci pillədə isə Niderland "Vitess"i (12) yer alıb.