İspaniyanın "Barselona" klubu futbolçusu Serxio Roberto ilə müqavilənin müddətinin uzadılması barədə razılığa gəlib.
Sportnet.az "Marca" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.
İspaniyalı oyunçunun hazırkı müqaviləsi 2022-ci ildə başa çatmalı idi.
Qeyd edək ki, Serxio Roberto "Barselona"nın yetirməsidir. O, ötən mövsüm Kataloniya təmsilçisinin heyətində 20 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.