İtaliya A Seriyasında VI turun "Cenoa" - "Verona" oyununda maraqlı epizod baş verib.
Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin futbolçusu Mattia Destro 85-ci dəqiqədə qolu əlində su qabı tutaraq vurub. Bu qol sayəsində 30 yaşlı hücumçu komandasını önə çıxarıb - 3:2. Lakin əlavə vaxtda "Verona"dan Nikola Kaliniç bərabərliyi təmin edib.
Qeyd edək ki, bu, Destronun 5-ci oyununda 4-cü qolu olub. "Verona" və "Cenoa" hərəyə 5 xalla 14-15-ci yerləri bölüşür.
Genoa striker Mattia Destro has just scored a goal vs Hellas Verona… with a bottle of water in his hand ???? ????#SerieA @CBSSportsGolazo pic.twitter.com/ZtEx7kV3SI
— Fabrizio Romano (@FabrizioRomano) September 25, 2021