17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Albaniyanın Elbasan şəhərində keçirilən oyunda albaniyalı yaşıdları ilə qarşılaşan yığma 3:3 hesablı heçə-heçə edib.
Şəkər Piriyevanın dubl etdiyi oyunda millinindigər qolunu Sumeyra Kəsməz vurub. Komandanın heyətində Lalə Abbaszadə 20-ci dəqiqədə qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.