UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Fransanın "Marsel" və Türkiyənin "Qalatasaray" komandaları arasındakı oyunda baş verən hadisələrə görə 5 nəfər saxlanılıb.
Sportnet.az "France Presse" agentliyinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin 3, meydan sahiblərinin isə 2 azarkeşi tutulub. Bundan başqa hüquq-mühafizə orqanlarının 4 əməkdaşı yaralanıb.
Qeyd edək ki, qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Görüş iğtişaşlar səbəbindən 37-ci dəqiqədə dayandırılıb. Hər iki komandanın azarkeşləri müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atmağa başlayıblar.
Polis müdaxilə edərək fanatları dağıtmaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.